Qleb Parfyonov: “Reallıq etiraf edilməyənə qədər Cənubi Qafqazda sülh olmayacaq” – Müsahibə

   Qleb Parfyonov:   “Reallıq etiraf edilməyənə qədər Cənubi Qafqazda sülh olmayacaq” –    Müsahibə
  12 Noyabr 2021    Oxunub:3546
“Rusiya sülhməramlı kontingentinin bölgədə olması münaqişənin həllinə imkan vermir. O mənada ki, ruslar ermənilərin əlinə oynayır. Ermənilərin öz mövqelərini sülhməramlıların mövqelərinin arxasında necə gizlətdiyi məlumdur. Rusiyanın Ermənistana havadan silah daşıdığı da bəllidir. İran da regionda özünü eyni şəkildə aparır”.
Bu sözləri AzVision.az -a açıqlamasında “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin təhlükəsizlik üzrə siyasət şöbəsinin rəhbəri, ukraynalı politoloq Qleb Parfyonov deyib. O, bildirib ki, Azərbaycan bu təhdidlərə cavab verməyə hazır olmalıdır:

- Qorxuram ki, Azərbaycanın qonşuları reallığı etiraf etməyənə və nəhayət, Qarabağdan əl çəkib, Zəngəzur dəhlizinin tikintisinə icazə verməyənə qədər Cənubi Qafqazda sülh olmasın.

- Müstəqilliyin ilk illərində Ukrayna Azərbaycanın hərbi-texniki əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biri idi. Bu əməkdaşlığın ən fəal dövrü 2000-ci illərə, Ukraynanın Azərbaycana müxtəlif artilleriya və reaktiv yaylım atəşi sistemləri, zirehli texnika və təyyarələr verdiyi vaxta təsadüf edir. Amma bu gün həmin hərbi-texniki əməkdaşlıq yoxdur. Nə baş verdi?

- 2000-ci illərdə hərbi əməkdaşlıq həqiqətən hiss olunacaq dərəcədə idi. Lakin Donbasda Rusiyaya qarşı döyüşlər başlayandan sonra bütün müdafiə kompleksi hazırda Ukrayna ordusuna xidmət edir. Bu, ixracatın dayandırırlması anlamına gəlmir, lakin müdafiə müəssisələrinin prioritetləri aydındır.

- Bu gün Ukrayna Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişafı baxımından itirilmiş imkanların əvəzini çıxmaqda maraqlıdırmı?

- Ukrayna əvvəlki mövqelərin bərpasında, təbii ki, maraqlıdır. Biz bunu həm hərbi proseslərdə, həm də xarici müştərilərin marağında görə bilərik. Bu isə o deməkdir ki, Bakının gələcəkdə bizim məhsullarımızla maraqlanması ehtimalı böyükdür.

- Kiyev Bakıya hansı yeni silah növləri təklif edə bilər?

- Məncə, “Olxa” reaktiv yaylım atəşi sistemləri Azərbaycanın raket- artilleriya qüvvələrinin gücləndirilməsi üçün faydalı ola bilər.


Ona da əminəm ki, “Sapsan” OTRK (operativ taktiki raket kompleksi) mühüm silaha çevrilə və ermənlərin “İskəndər”inə layiqli cavab verə bilər. Aviasiyanı da unutmaq olmaz. “Bayraqdar”lar istehsal edən zavodun açılması Ukraynanın pilotsuz uçuş aparatları bazarında iştirakına şərait yaradır.

- Türkiyə ilə hərbi-texniki əməkdaşlıq Ukrayna nə vəd edir?

- Türkiyə ilə əməkdaşlıq Ukrayna üçün strateji amildir. Bu proseslərin nəticəsini artıq görə bilirik. “Bayraqdar”ın Donbasdakı mövqelərə zərbə endirməsi və yeni “Akıncı” pilotsuz uçuş aparatları üçün mühərriklərin düzəldilməsi, həmçinin qanadlı raketlərin, hücum helikopterlərinin və qırıcıların hazırlanması və istehsalı proqramlarında iştirak Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Söhbət heç “Motor Sich” və FED-in bağladığı maliyyə baxımından sərfəli müqavilələrdən də getmir, bu həm də Ukraynanın müdafiə qabiliyyətinin artırılmasının qarantıdır. Doğrudan da, bu halda bu silahları birbaşa Ukraynada lokallaşdırmaq mümkündür.

Cavad Muradov
Nadir Quliyev




Teqlər: Ukrayna  





Xəbər lenti