İqor Korotçenko: “Ermənilərin vəhşilikləri bəşəriyyətə təhdiddir”

   İqor Korotçenko:  “Ermənilərin vəhşilikləri bəşəriyyətə təhdiddir”
  12 Noyabr 2021    Oxunub:1801
“Ermənistanda nasist cinayətkarları qəhrəmanlaşdırılır. İrəvanda Qaregin Njdeyə abidə ucaldılması buna sübutdur. Törətdiyi əməllərə görə SSRİ dövründə onun edam edilməməsinin səbəbi həmin vaxtadək ölüm hökmünün ləğv edilməsi olub”. Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin təşkil etdiyi dəyirmi masada rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko belə deyib.
AzVision.az xəbər verir ki, İqor Korotçenko Azərbaycan ərazilərini işğal etmiş ermənilərin bir vaxtlar mövcud olmuş şəhərlərin əvəzində yandırılmış torpaqlar qoyub getdiyinin təsadüfi olmadığını söyləyib. Məşhur ekspert ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklərin nasistləri xatırlatdığını, beynəlxalq ictimaiyyətin isə bu faktları müzakirə etmədiyindən təəssüfləndiyini də qeyd edib.
Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəyə töhfəsini xatırladan ekspert, nasizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi barədə Azərbaycan Prezidenti İlham Əliyevlə həmrəy olduqlarını deyib.

- Azərbaycan SSRİ-nin İkinci Dünya müharibəsindəki qələbəsində ən vacib amil olub. Bakı nefti olmasa idi Böyük Vətən müharibəsində qələbə mümkün olmazdı. Bu qələbə bizim yaxınlığımızın ümumi təməlidir. Bilirsiniz ki, Azərbaycan da mayın 9-nu Qələbə bayramı kimi qeyd edir. Ermənistanda isə biz nasistlərin tərifləndiyini görürük. İrəvanın mərkəzində Qaregin Njdeyə abidə ucaldılıb ki bu da, yaxşı göstərici deyil. Biz habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yandırılmış torpaqlar, qəbiristanlıqlara, abidələrə, məscidlərə və digər mədəni mərkəzlərə münasibətdə barbarlıq görürük. Ermənistan Azərbaycanın dinc şəhərlərini atəşə tuturdu ki, bu da nasizmin qərəmanlaşdırılmasının göstəricisidir. Bütün bu faktlar bəşəriyyətə təhdiddir. Biz nasizmin qəhrəmanlaşdırılmasının yolverilməz olması məsələsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırıldığını xatırlayırıq. Böyük Vətən müharibəsi iştirakçılarının təhqir edilməsinin və nasizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi məsələsində biz Prezident İlham Əliyevlə həmrəyik, - İqor Korotçenko vurğulayıb.

Rusiya-Türkiyə münasibətlərini şərh edən ekspert, iki ölkə arasındakı əlaqələrin çox yaxşı inkişaf xətti üzrə getdiyini, bunula belə bəzi məsələlərdə ziddiyyətlərin mövcud oluğunu bildirib: “Ümumilikdə, Türkiyə Rusiyanın vacib tərəfdaşıdır. Rusiya Türkiyənin ondan silah almasını müsbət qarşılayır”.

Dəyirmi masanın digər iştirakçısı, rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Türkiyə ilə Rusiyanın Qarabağa aid bağlı məsələlərdə çox fəal əməkdaşlığına, bununla belə NATO-dakı üzvlüyünün Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane olduğuna diqqət çəkib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Korotçenko   ermənivəhşiliyi  



Xəbər lenti