Prezident: “Türk Şurası cazibədarlığını hər gün artırır”
Dövlət başçısı Özbəkistanın isə Bakıda keçirilən Zirvə görüşündə Türk Şurası üzvlüyünə qəbul edildiyini deyib: “2009-cu ildə Naxçıvan razılaşmasını imzaladığımız zaman sadəcə, 4 üzv dövlət vardısa, bu gün bu say 7-yə çatıb. Türk Şurası hər keçən gün cazibədarlığını artırır. Əminəm ki, Türk Şurasında müşahidəçi statusda olan ölkələr də səslərini daha yüksək şəkildə çatdıra bilir”.
Prezident İlham Əliyev qeyd edib ki, pandemiya zamanı da birlikdə hərəkət edilib: “COVID-19-la bağlı bir videokonfrans keçirdik, bir-birimizə yardım etdik, digər ölkələrə də yardımlar göndərdik”.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


