COVID pasportsuz şəxslərə xidmət göstərən kafe sahibi cərimələndi

COVID pasportsuz şəxslərə xidmət göstərən kafe sahibi cərimələndi
  13 Noyabr 2021    Oxunub:562
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Bizim kafe” adlı qapalı obyektdə qaydaların pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, yoxlama zamanı kafedə COVID-19 pasportu olmadan müştəri qismində əyləşən şəxslər müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekti işlədən Pərviz Qaracayevə xəbərdarlıq olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib.

AzVision.az


Teqlər: Cərimə  



Xəbər lenti