Məmmədyarov yenidən Nalbandyanla görüşəcək

Məmmədyarov yenidən Nalbandyanla görüşəcək
  29 Mart 2014    Oxunub:1261
Görüş Moskvada MDB Xarici İşlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 4-də Moskvada MDB Xarici İşlər nazirlərinin növbəti iclası baş tutacaq.

Tədbir çərçivəsində keçmiş sovet respublikaları müxtəlif sferalarda əməkdaşlığı nəzərdə tutan 20 sənədi imzalamağı nəzərdə tutur.

Bu7ndan başqa, iclasda növbəti iclasın keçiriləcəyi yer və tarix də müəyyən olunacaq.

Xatırladaq ki, Nüvə təhlükəsizliyi ilə bağlı Haaqa şəhərində keçirilən sammitdə ATƏT nümayəndələrinin vasitəçiliyi ilə Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında aprelin 4-də Moskvada görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti