Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
  13 Noyabr 2021    Oxunub:400
Noyabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti