Bu il pensiya təminatı üzrə 3 milyard 848 milyon manat ödənilib

Bu il pensiya təminatı üzrə 3 milyard 848 milyon manat ödənilib
  13 Noyabr 2021    Oxunub:567
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin təzahürü olaraq, onlara ödənilən vəsaitlərdə davamlı artım dinamikası mövcuddur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AzVision.az -a verilən məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 milyard 848 milyon manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1faiz və ya 117 milyon manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10 faiz artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5 faiz artaraq 358 manat təşkil edib.

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların təyinatı elektronlaşdırılıb. Nəticədə vətəndaşların pensiya hüququ yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, onlara e-sistemlər üzərindən proaktiv şəkildə pensiya təyin edilir. Ötən dövrdə 46 min, o cümlədən 2021-ci ilin 10 ayında 20,3 min şəxsə pensiya təyinatı e-qaydada aparılıb.



AzVision.az


Teqlər: Pensiya  



Xəbər lenti