Bu il ən çox qoyulan adlar - SİYAHI

Bu il ən çox qoyulan adlar - SİYAHI
  29 Mart 2014    Oxunub:3887
2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır.
Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.


Teqlər:





Xəbər lenti