Sülhməramlılar terrorçunu ermənilərə təhvil veriblər

 Sülhməramlılar terrorçunu ermənilərə təhvil veriblər
  13 Noyabr 2021    Oxunub:2930
Rusiyalı sülhməramlılar bu gün Laçın-Xankəndi yolunun Şuşaya yaxın hissəsində yerləşən nəzarət-buraxılış məntəqəsində Azərbaycan əsgərlərinə qumbara atan terrorçunu erməni tərəfə təhvil veriblər.
“Sputik Armenia”nın yaydığı xəbərə görə, hazırda həmin şəxs - 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Qarabağdakı qondarma qurumun “İstintaq komitəsində” saxlanılır. Onun barəsində cinayət işi açılıb.

Bir qədər əvvəl ermənilərə məxsus KİV və teleqram kanallarının terrorçunun guya Şuşa yaxınlığında öldürüldüyü bildirilən Martik Yeremyanın qardaşı olması və bu addımı qisas məqsədilə atması xəbəri isə yalan çıxıb.


Teqlər: Şuşa   Erməni-təxribatı  





Xəbər lenti