Sumqayıtda itən 13 yaşlı məktəbli tapılıb

 Sumqayıtda itən 13 yaşlı məktəbli tapılıb
  13 Noyabr 2021    Oxunub:2738
Xəbər verdiyimiz kimi Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində 13 yaşlı Quliyev Elcan Elmar oğlu günorta saatlarında itkin düşmüşdü.
Məlumata görə uşaq tapılıb. Onun Bakı bulvarı ərazisindən tapıldığı qeyd olunur.

Polis əməkdaşlarının uşağı Bakıdan gətirdiyi qeyd olunur.
***
Sumqayıtda 13 yaşlı məktəbli itkin düşüb.

AzVision.az xəbər verir ki, şəhərin 12-ci mikrorayon ərazisində yaşayan Elcan Quliyev repetitor yanına getmək üçün evdən çıxıb. Ancaq müəllimi zəng edərək Elcanın dərsə gəlmədiyini bildirib. Anasının dəfələrlə zəngindən sonra onun mobil telefonu 48-ci məhəllə ərazisində ağaclığın yanından tapılıb.

Evdən çıxarkən Elcanın əynində qara gödəkcə, qara şalvar, qəhvəyi çantası olub. Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (070) 422-91-94 əlaqə nömrəsinə zəng etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Məktəbli  



Xəbər lenti