Polis axtarışda olan Qazax sakinini saxladı

Polis axtarışda olan Qazax sakinini saxladı
  14 Noyabr 2021    Oxunub:921
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Qazax rayon Polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılıb.
Penitensiar Xidmətdən AzVision.az - a verilən məlumta görə, həmin şəxs istintaq orqanına təhvil verilib.

T.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə axtarışda olub.

AzVision.az


Teqlər:



Xəbər lenti