İtkin düşən ana və oğlu tapıldı

   İtkin düşən ana və oğlu tapıldı
  14 Noyabr 2021    Oxunub:1062
Tovuzda itkin düşən ana və övladı tapılıb.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verib.

Məlumata görə, Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabr ayının 30-da yaşadığı Aşağı Quşçu kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayan T.A və onun övladı N.Q-nin yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti