Ölkədə vurulan vaksinlərin ümumi sayı açıqlandı

Ölkədə vurulan vaksinlərin ümumi sayı açıqlandı
  14 Noyabr 2021    Oxunub :250
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 18 861 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 614, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 589 459 təşkil edir.

AzVision.az

Teqlər: Peyvənd  







Xəbər lenti