“Qoç ət” 700 manat söhbətini təkzib etdi

 “Qoç ət” 700 manat söhbətini təkzib etdi
  14 Noyabr 2021    Oxunub:1481
“Qoç ət” restoran şəbəkəsi “Azad Söz” səhifəsinin yazar Aysel Əlizadəyə istinadla onun haqqında yaydığı məlumatı təkzib edib. Xatırladaq ki, məlumatda Şuşadakı “Qoç ət” restoranında guya hərbçilərdən 700 manat hesab istənildiyi bildirilirdi.
- Bildiyiniz kimi, Vətənimizin incəsənət beşiyi sayılan Şuşa şəhəri işğalçılardan azad ediləndən sonra, biz - “Qoç ət” olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün restoran filialımızın Şuşa şəhərində açılışını etdik,- açıqlamada deyilir.- “Qoç ət” olaraq Vətən müharibəsi dönəmində Ordumuza yardımlar etdik. Şuşada restoranımız fəaliyyətə başlayandan bir həftə orada xalqımıza tamamilə təmənnasız xidmət etmişik. Açılışdan bu günə qədər hərbiçilərimizə 20% endirim kampaniyası etmişik və bu gün də bu kampaniya davam edir və davam edəcəkdir. Bir neçə gün əvvələ qədər davam edən “Yaşat Fondu”nun təşkil etdiyi “Zəfər yarmarkası”nda iştirak etdik və oradan əldə olunan gəlirin hamısını “Yaşat Fonduna” yönəltdik. Restoranlarımızda şəhid ailələrini qonaq kimi dəvət edir, onlara təmənnasız xidmət göstəririk. Azərbaycan xalqına, özəlliklə şəhid ailələrimizə, qazilərimizə və hərbiçilərimizə xüsusi diqqət və qayğını davam etdiririk.

Restoran şəbəkəsi daha sonra bildirib ki, şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına, qazanılan böyük zəfərə kölgə salmaq istəyənlər bu gün də var: “Sosial şəbəkələrdə məlum “Azad söz” səhifəsinin bizim haqqımızda yazdıqları tamamilə həqiqətdən uzaqdır. Bütün bunlar yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, hərbçilərimizə, orada çalışanlara, qonaqlara xidmət etməkdir! Məlum səhifə yalan və təxribat yaydıqları üçün qanun qarşısında cavab verəcək!”.

AzVision.az



Teqlər:





Xəbər lenti