Sonda dronların yürüşü və robotlarla tanışlıq istiqamətində 4-7 yaş arası uşaqlar üçün "Robomonte", 8-13 yaş arası uşaqlar üçün "Genesis" (Yapon Mühəndisliyi), 8-19 yaş arası uşaq və gənclər üçün isə Foster (Dünya Robot Olimpiyadasına hazırlıq) ustad dərsləri təşkil olunub.
“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və əlverişli şəraiti gücləndirməkdir. O cümlədən 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.
Regionlarda yaşayan uşaqlar və gənclərin inkişafına təkan vermək və onların qarşısında böyük imkanlar açmaq məqsədilə 3 sentyabr 2021-ci il tarixindən Şəki “ASAN Həyat” kompleksində də “INNOLAND AREA” mərkəzi fəaliyyət göstərir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


