Azad olunan ərazilərdə daha 113 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 113 mina aşkarlanıb
  15 Noyabr 2021    Oxunub:816
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, noyabrın 8-dən 13-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 57, tank əleyhinə 56 mina və 20 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 63,6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az


Teqlər: ANAMA  



Xəbər lenti