"İnvestorları "Ağıllı kənd" ə dəvət edirik" - Agentlik sədri

 "İnvestorları "Ağıllı kənd" ə dəvət edirik" -    Agentlik sədri
  15 Noyabr 2021    Oxunub:869
"Zəngilan rayonunun Ağalı kəndində yaradılan"Ağıllı kənd" layihəsi ilk pilot layihə idi. Bununla yanaşı qarşımızda çoxsaylı layihələr durur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyəv Bakıda keçirilən Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan "Ağıllı şəhər", "Ağıllı kənd" layihələri əsasında Qarabağı bərpa edir.

"Qısa müddət öncə Azərbaycan və Türkiyə prezidentləri Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı kənd"lə tanış oldular. Bu layihələrin urbanizasiya məsələsindən başlayaraq bütün istiqamətləri, hər bir elementi investorlar üçün potensial investisiya şəraitidir.

Bütün kənd yaşıl və alternativ enerji üzərində qurulub. Biz bu istiqamətdə investorların olmasında maraqlıyıq. İnfrastruktur layihələri, tullantıların idarə edilməsi, "Ağıllı kənd" təsərrüfatı istiqamətində işlərin görülməsinə investorları dəvət edirik. Əminik ki, məhz işğaldan azad edilmiş ərazilərdə ağıllı kəndlərin, ağıllı şəhərlərin yanında müvafiq aqrar emal sahələrinin, infrastrukturun qurulmasında sahibkarlar üçün şərait yarada biləcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər: "Ağıllıkənd"  



Xəbər lenti