İrana əlavə yol və körpünün tikilməsi planlaşdırılır

 İrana əlavə yol və körpünün tikilməsi planlaşdırılır
  15 Noyabr 2021    Oxunub:963
"Ağdam Sənaye Parkı Qarabağın dirçəlməsində xüsusi rol oynayacaq. Sənaye parkının mobilizasiya işləri artıq yekunlaşdırılıb".
AzVision.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev 25-ci Beynəlxalq Biznes Forumda deyib. O bildirib ki, Ağdama ilk suyu və elektrik xətti Ağdam Sənaye Parkı tərəfindən çəkilib.

"Mobilizasiya işləri yekunlaşmaq üzrədir. Orada artıq ilkin tikintiyə başlamaq üçün şərait mövcuddur. Burada tikinti istehsalı, qida emalı və digər istehsal sahələrinin formalaşdırılması mümkündür".

E.Nuriyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Araz Vadisi İqtisadi Zonası yol kəsişmələrinin düz ortasında yerləşir. Buradan İğdıra 380, Bakıya 370 km məsafədir.

"Prezident İlham Əliyev tərəfindən imzalanan fərmanın yarımbəndində qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonun cənubunda - Cəbayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-keçid gömrük məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olacaq. Zəngəzur dəhlizinin açılması Sənaye Zonasının əhəmiyyətini daha da artıracaq. Sənaye zonasına nəqliyyat, logistika, tikinti şirkətləri tərəflərindən böyük maraq var".

E.Nuriyev bildirib ki, hal- hazırda sənaye zonalarına 88 sahibkarlıq subyekti biznes planla müraciət edib, onlardan 55-i fəaliyyət göstərir:

"Ümumilikdə 3.7 milyard dollar invesitiya yatırılıb. İqtisadi zonaların ixrac və istehsalatda rolu artmaqdadır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ağdam   Sənaye   Park  



Xəbər lenti