Qarabağa 1 milyona yaxın insanın səfəri planlaşdırılır

   Qarabağa 1 milyona yaxın insanın səfəri planlaşdırılır
  15 Noyabr 2021    Oxunub:616
"2025-ci ilə qədər yerli və xarici turistlərlə birlikdə 1 milyona yaxın insanın azad edilmiş ərazilərə səfər etməsi nəzərdə tutulur".
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda çıxış edən Dövlət Turizm Agentliyinin Aparatın rəhbəri Kənan Qasımov deyib.

K.Qasımov qeyd edib ki, 2021-ci ildən etibarən Azərbaycan turizmin bərpa dönəmini yaşayır.

"Azərbaycana gələn turistlərin sayında artım canlanmaya səbəb olub. Proqnozlarımız əsas verir ki, 2023-cü ildə 2019-cu ilin nəticələrinə qayıdacağıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti