Qarabağda çəkilən kadrlar"Bakcell"in yeni reklamına aiddir - VİDEO

   Qarabağda çəkilən kadrlar"Bakcell"in yeni reklamına aiddir -    VİDEO
  15 Noyabr 2021    Oxunub:886
Bir qədər əvvəl sosial şəbəkələrdə və xəbər portallarında Şuşanın Cıdır Düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılıb.
Məlum olub ki, həmin çəkilişlər “Bakcell” şirkətinin yeni reklam çarxına aiddir. Şirkətdən bildirilib ki, reklam çarxı “Bakcell” şəbəkəsinin üstünlüyünə həsr edilib.

Azərbaycanın ən sürətli mobil şəbəkəsi artıq işğaldan azad olunmuş torpaqlarımızda da xidmət göstərir. “Bakcell” Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Qeyd edək ki, 2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə “Ookla” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 8 700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.4%-ni əhatə edir.



AzVision.az


Teqlər: “Bakcell”  





Xəbər lenti