Yevlaxda yeni park istifadəyə verildi

Yevlaxda yeni park istifadəyə verildi
  15 Noyabr 2021    Oxunub:889
Yevlax rayonunun Balçılı kəndində “hər kənddə bir park” layihəsi çərçivəsində yeni park salınıb.Təxminən yarım hektar ərazidə inşa olunan parkda yaşıllıqlar salınıb,oturacaqlar quraşdırılıb və digər bütün lazımi şərait yaradılıb.
AzVision.az xəbər verir ki, həmçinin parkda gecə işıqlanması sistemi quraşdırılıb. 1300 nəfərdək sakini olan Balçılı kəndində salınmış bu parkda Balçılı kəndinin sakinləri ilə yanaşı yaxın 3 kəndin-Salahlı, Ağqıraq və Varvara kəndinin sakinləri də asudə vaxtlarını səmərəli keçirəcək.



Parkda Balçılı kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidi Yaqub Nəbiyevin və Vətən Müharibəsi şəhidi Mikayıl Əlibəylinin xatirəsinə xatirə da bulağı tikilib.
Parkın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, kənd sakinləri, ziyalılar, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.



Tədbirdə iştirak edən Şəhid ailələri, qazilər və digər sakinlər onlara göstərilən diqqət, qayğıya və yaradılan şəraitə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

AzVision.az


Teqlər: Park  





Xəbər lenti