"Canım mənim" - Şəhid jurnalist haqqında film
Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: “Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.
Qeyd edək ki, qısametrajlı fimin tam versiyasına aşağıdakı keçidə daxil olmaqla baxmaq olar: https://www.youtube.com/watch?v=PUHL1KF8TTk&t=9s
Xatırladaq ki, “Planet Parni iz Baku Films” şirkətinin “Qarabağ” silsisləsindən birinci filmi olan “Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə “Nar” dəstək olmuşdu.
AzVision.az
Teqlər: "Nar"