Bu ilin 9 ayında 13 minə yaxın ailə boşanıb

   Bu ilin 9 ayında 13 minə yaxın ailə boşanıb
  15 Noyabr 2021    Oxunub:1240
Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

AzVision.az


Teqlər: Boşanma   Evlilik  





Xəbər lenti