Azərbaycanın şahmat yığması Almaniyaya qalib gəlib

Azərbaycanın şahmat yığması Almaniyaya qalib gəlib
  15 Noyabr 2021    Oxunub :585
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında III turun görüşləri keçirilib.
AzVision.az -ın məlumatına görə, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Yığmanın liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə uduzub.

Qadınlardan ibarət komanda isə Almaniya ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərinə qalib gəlib. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan - 2:2

Vikdor Erdos - Şəhroyar Məmmədyarov - 0,5:0,5

Ferenc Berkes - Teymur Rəcəbov - 0,5:0,5

Tamas Banusz - Rauf Məmmədov - 0:1

Benjamin Gledura - Qədir Hüseynov - 1:0

Almaniya - Azərbaycan - 1:3

Elizabet Pets - Günay Məmmədzadə - 0,5:0,5

Josefin Haynemann - Gülnar Məmmədova - 0:1

Mari Hanna Klek - Xanım Balacayeva - 0,5:0,5

Melani Lubbe - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar.

AzVision.az

Teqlər: Şahmat  







Xəbər lenti