Dövlət katibinin köməkçiləri Avropa və Asiyaya səfər edəcək

Dövlət katibinin köməkçiləri Avropa və Asiyaya səfər edəcək
  29 Mart 2014    Oxunub:1063
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nullanda martın 29-da Moldovaya, Cənubi və Mərkəzi Asiya məslələri üzrə köməkçisi Nişa Bisuol Qazaxıstan və Qırğızıstana səfər edəcək.

AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ dövlət departamentinin mətbuat xidməti məlumat yayıb. Nullanda Kişinyova səfəri zamanı hökümət nümayəndələri ilə görüşəcək. Səfər çərçivəsində ikitərəfli maraq doğuran, beynəlxalq problemlərin həlli ilə bağlı, energetika və ABŞ-ın keçmiş sovet ölkəsi olan Moldovaya yardım göstərmək məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Martın 30-da Nuland Bolqarıstana gedəcək. Daha sonra aprelin 1-i Bruseldə keçiriləcək NATO nazirlərinin müşavirinə qatılacaq. Bisuola gəldikdə isə o, martın 30-dan aprelin 2-dək Qazaxıstan və Qırğızıstanda səfərdə olacaq. Dövlət katibinin köməkçisi iki ölkə arasında sabitliyin və tərəfdaşlığın davam etdirilməsi məsələlərini müzakirə edəcək.

Məlumata görə, amerikalı diplomat Astana və Bişkekdə təkcə rəsmilər ilə deyil, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Bundan əlavə Bisuol yerli universitetlərin tələbələri qarşısında çıxış edəcək.


Teqlər:  





Xəbər lenti