Müşahidə olunan faktiki hava açıqlanıb
Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.
Şimal-qərb küləyi arabir Qobustan, Salyanda 28 m/s, Altıağacda 26 m/s, Xaçmazda 25 m/s, Hacıqabulda 24 m/s, Beyləqanda 22 m/s, Nabran, Neftçalada 20 m/s, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18 m/s, Bakıda və Abşeron yarımadasında: Ələt, Maştağada 35 m/s, Bakıda 33 m/s, Pirallahıda 30 m/s, Qum adasında 28 m/s, Çilov adasında 26 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 22 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5-10° isti, dağlıq rayonlarda 10-15° şaxta, Naxçıvan MR-da 3° şaxtadan 3°-dək isti olub.
AzVision.az
Teqlər: Hava







Vaxtında, Aydın, Lazımlı!


