Qazinin prokurorluğa müraciəti təmin edilib

Qazinin prokurorluğa müraciəti təmin edilib
  16 Noyabr 2021    Oxunub:475
Biləsuvar rayon sakini Birinci Qarabağ müharibəsinin qazisi Rövşən Həsənovun oğlu İkinci Qarabağ müharibəsi qazisi Bəhruz Həsənzadənin Biləsuvar RMX-da müraciətinə baxılmaması ilə bağlı rayon prokurorluğuna etdiyi müraciəti təmin edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Rövşən Həsənov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunub.


AzVision.az


Teqlər: Qazi   Prokurorluq  





Xəbər lenti