Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir

   Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir
  16 Noyabr 2021    Oxunub:692
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb:

"Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür", - nazirlikdən bildirilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti