Kimyəvi silahların yükləndiyi konteynerlər atəşə tutuldu
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT yanında daimi nümayəndəsi Bəşər Cəfəri bildirib. Onun sözlərinə görə, ümumilikdə, kimyəvi silahları daşıyan maşın karvanı 5 dəfə hücuma məruz qalıb.
“Belə ki bu, ilk dəfə deyil, baş verir. Ama bu dəfə çox böyük narahatlıq doğurur. Çünkü, kimyəvi silahlar gəmiyə yüklənən an minaatanların hücumuna məruz qalıb”, - deyə Cəfəri qeyd edib.
Nümayəndə qeyd edib ki, artıq insidentlə bağlı Təhlükəsizlik Şurasının üzvlərini, BMT-nin baş katibi Pan Gi Munu və tərksilah məsələləri üzrə ali nümayəndəsi Andjela Keyni məlumatlandırıb.
Teqlər: