Serkan Koç AccessBank əməkdaşları üçün təlim keçdi
Serkan Koç AccessBank-da keçdiyi təlimdə öyrətməklə yanaşı, özünün də yeni biliklər əldə etdiyini qeyd etdi:“Mən təlimlərdə qarşılıqlı təcrübə mübadiləsinə üstünlük verirəm. Bu mənə hər dəfə yeni biliklər əldə etməkdə yardım edir. AccessBank əməkdaşları ilə satış və danışıqların aparılması sahələri üzrə müzakirələr apardıq. Təlim zamanı mən də yeni satış üsulları öyrəndim, əməkdaşların iş təcrübələri, real keysləri, yerli bazarın durumu ilə yaxından tanış oldum. AccessBank komandası ilə növbəti görüşləri böyük səbrsizliklə gözləyirəm”.
Qeyd edək ki, 27 illik biznes təcrübəsinə malik Serkan Koç Türkiyə, Azərbaycan və Estoniyada bir neçə şirkətin rəhbəri olmaqla bərabər, həm də regionda tanınan konsultantdır. O, rəqəmsal strategiya üzrə məsləhətçi və uğurlu CEO olaraq, digital və biznes transformasiya, innovasiya mədəniyyəti və müştəriyönümlü yanaşmanın müxtəlif aspektləri mövzularında təlimlərlə çıxış edir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
AzVision.az
Teqlər: