Azərbaycanda sərnişindaşımanın həcmi 6% artıb

Azərbaycanda sərnişindaşımanın həcmi 6% artıb
  30 Mart 2014    Oxunub:1179
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,8 mln. ton yük daşınıb.

AzVision.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-neft yüklərinin həcmi 5,3% artaraq 21,9 mln. tona çatıb.

Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 52,1%-i avtonəqliyyat, 33,6%-i boru kəməri, 9,5%-i dəmir yolu, 4,8%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

Qeyri-dövlət bölməsində yük daşınması 5,4% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 74,6% təşkil edib.

Yanvar-fevral aylarında nəqliyyatçılar 272,8 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,3%-i avtomobil, 12,5%-i metro nəqliyyatının xidmətlərindən istifadə ediblər.


Teqlər:





Xəbər lenti