İran səfiri ermənilərin sərhəd təxribatına görə Qriqoryanla görüşdü

   İran səfiri ermənilərin sərhəd təxribatına görə Qriqoryanla görüşdü
  16 Noyabr 2021    Oxunub:907
İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zoxuri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə edilib.
Bildirilib ki, Qriqoryan səfirə sərhəddəki əməliyyat-taktiki vəziyyəti izah edib.

İrəvanda qan böhranı: Hematologiya Mərkəzi xalqa müraciət etdi
- Tərəflər regionda sabitlik və təhlükəsizlik, infrastrukturların blokadan çıxarılması məsələsinə də toxunublar. Onlar həmçinin əmin olduqlarını bildiriblər ki, sərhəddə gərginliyi tez bir zamanda azaltmaq və sülh yolu ilə nizamlanma prosesinə başlamaq mümkündür,-məqalədə yazılıb.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində Azərbaycana qarşı genişmiqyaslı təxribatlara əl atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Səfir   Sərhəd   Təxribat  





Xəbər lenti