Zakir Həsənov Sergey Şoyqu ilə danışıb

   Zakir Həsənov Sergey Şoyqu ilə danışıb
  16 Noyabr 2021    Oxunub:1186
Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti