Yerevan Avrasiya İttifaqına qoşulmaq qərarı verdi

Yerevan Avrasiya İttifaqına qoşulmaq qərarı verdi
  30 Mart 2014    Oxunub:1321
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,Ermənistan 2015-ci ilin yanvarından Kremlin layihəsi kimi reallaşması gözlənilən Avrasiya İttifaqına qoşulmaq niyyətindədir.

Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Savaş Koçaryan məlumat verib. Onun sözlərinə görə bu ilin may ayında Ermənistan Avrasiya İttifaqına üzv olmaq üçün razılaşmaya imza atacaq.

XİN rəsmisi bildirib ki, Ermənistan sözügedən layihəyə qoşularsa, o zaman böyük üstünlüklər qazanacaq. Nazir müavini onu da qeyd edib ki, rəsmi Yerevanın Avrasiya Birliyinə qəbulu Ermənistanda köklü islahatların aparılması üçün stimuldur. Erməni diplomat söyləyib ki, məsələ parlamentdə də müzakirəyə çıxarılacaq.


Teqlər:





Xəbər lenti