Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub

Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub
  17 Noyabr 2021    Oxunub:904
Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin direktoru Zahid Qəribov vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən AzVision.az-a bildirilib ki, bununla bağlı səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.

Qeyd olunub ki, Tikilməkdə olan Müəssisələrin Müdiriyyətinin direktoru vəzifəsinə Elşad İbrahim oğlu Hacıyev təyin edilib.

AzVision.az


Teqlər: Səhiyyə  



Xəbər lenti