Ermənistan Moskvanın və KTMT-nin köməyinə ümid bəsləməsin

   Ermənistan Moskvanın və KTMT-nin köməyinə ümid bəsləməsin
  17 Noyabr 2021    Oxunub:866
Qarabağın sərhəd zonasında və rusiyalı sülhməramlıların yerləşdiyi ərazilərdə yaranmış vəziyyət fonunda İrəvan Moskvanın və KTMT-nin dəstəyinə ümid etməməlidir. Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov “Eurasia Diary” portalına müsahibəsində belə deyib.
AzVision.az “Eurasia Diary” portalına istinadən xəbər verir ki, rusiyalı ekspert Ermənistanın onun ərazisini qorumaq barədə növbəti çağırışlarının tənqiddən başqa heç bir hiss doğurmadığını bildirib.
- İrəvanın özünün yaratdığı vəziyyətdə KTMT-yə təzyiq cəhdi yaşanır və bu birinci dəfə baş vermir. İl ərzində İrəvan və baş nazir Paşinyan ancaq elə noyabr razılaşmalarının həyata keçirilməsini əngəlləməklə məşğul olublar. Üzdə gülmək, yeni sahib axtarışında isə sənin kürəyin arxasında intriqalar aparmaq Ermənistan üçün artıq normaya çevrilib. Təəssüf ki, bu aşkar faktdır və onu Moskvadakı ən ermənipərəst politoloqlar və siyasətçilər artıq başa düşürlər. Ermənistanı müttəfiq kimi tamamilə itirmək hissi var və bu fonda heç kim İrəvana görə növbəti hərbi münaqişələrə girməyəcək, - Yevgeni Mixaylov vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti