Rusiyalı ekspert: “Moskva heç kimə heç nə borclu deyil”

   Rusiyalı ekspert: “Moskva heç kimə heç nə borclu deyil”
  17 Noyabr 2021    Oxunub:1834
Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti “Jovoxurd” qəzeti üçün şərh edən rusiyalı hərbi ekspert Aleksandr Xramçixin Rusiyanın heç kimə heç nə borclu olmadığını deyib.
Ekspert rəsmi Moskvanın nə düşündüyünü deməyin çətin olduğunu bildirməklə yanaşı, məsələyə öz münasibətini açıqlayıb.
“Amma, sözsüz ki, Rusiyanın hərbi münaqişəyə qarışmaq istəmədiyini qeyd edə bilərəm...Nəyə görə Rusiya Ermənistana onun özünün özü üçün etdiyindən artıq nə isə etməlidir? Rusiya heç kimə heç nə borclu deyil. Heç kim heç kəsi müdafiə etməyə hazırlaşmır. Çünki bu heç kəsə lazım deyil...Əgər gələcəkdə də belə davam edərsə, Azərbaycan sakit və sülh yolu ilə arzulanan dəhlizin açılmasına nail oliacaq, parallel şəkildə də demarkasiya və delimitasiya məsələlərini həll edəcək” – Aleksandr Xramçixin bildirib.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Xramçixin   Ermənistan  



Xəbər lenti