Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
  17 Noyabr 2021    Oxunub:791
Test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan dekabrın 1-də saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.
Hakimlərin Seçki Komitəsindən AzVision.az -a bildiriblər ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər.

İmtahan COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” mütləq təqdim edilməlidir. Əks təqdirdə, namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.

AzVision.az


Teqlər: Ədliyyə   Hakim  



Xəbər lenti