Qəhrəman Şəhidimiz Teymur Abbasovun oğlu Feyruz Abbaslı şəhid övladları adından generala hədiyyə təqdim edib.
Feyruz çıxışında bu fikirləri səsləndirib: "Bizim atalarımız bu günləri görməsə də, onlar Qarabağı bizə bəxş edib, cənnətə getdilər. Mən şəhid Teymur Abbasovun oğlu olaraq belə qəhrəman atam olduğuna görə fəxr edirəm. Hikmət əmi, mən sizinlə də fəxr edirəm. Sizdən öyrənəcəyimiz hələ çox şeylər var. Atam, atalarımız yanımızda yoxdur, amma sizin kimi qəhrəman əmilərimiz yanımızdadır. Vətəni qorumağı, Vətənə layiq insan olmağı biz sizdən öyrənəcəyik. Sizinlə görüşmək bizim üçün özü bir bayramdır. Şəhid övladları olaraq, sizdən bir xahişimiz var. Bizdən xatirə olaraq bu hədiyyəni qəbul edəsiniz və bu portretə baxdıqca hər zaman bizi xatırlayasınız".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


