FHN üç polis şöbəsində yanğınla bağlı tədbir keçirib

FHN üç polis şöbəsində yanğınla bağlı tədbir keçirib
  17 Noyabr 2021    Oxunub:676
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər, Yevlax və Göyçay rayonlarının Polis şöbələrində “Xidməti ərazilərin yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AzVision.az -a verilən məlumata görə, tədbirlər zamanı inzibati binalarda təxliyə planlarından düzgün istifadə olunmasının, ehtiyat çıxış qapıları və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyi diqqətə çatdırılıb. Həmçinin, yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib. Sonda suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti