“Gələcək üçün bacarıqlar” layihəsinin mentorluq proqramı başa çatıb.
Sentyabr ayından başlayan və mentorluq proqramının II hissəsi olan ixtisaslaşma proqramı ərzində isə təlimlər və ekspert görüşləri həyata keçirilib. İxtisaslaşma proqramı mentorluq, texnika və mexanizmləri, komandanın idarəolunması, startap inkişafı və maliyyələşdirilməsi (fundraising), inkubasiya xidmətləri, emosional intellekt, pozitiv düşüncə və s. digər mövzularda təlimləri əhatə edib.
2022-ci ildən layihənin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, yeni universitetlərlə əməkdaşlıqların qurulması və növbəti komponent olan inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. İnkubasiya proqramı çərçivəsində universitetlərdə biznes inkubatorların fəaliyyətinin və inkubasiya proqramlarının təşkili, resurs mənbələrinin təmin edilməsi və startap mühiti formalaşdırmaqla tələbələrin yetişdirilməsi istiqamətində işlər görüləcək.
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.
AzVision.az
Teqlər: ASAN