“Evi olmayan deputatların kirayə pulu artırılsın”

   “Evi olmayan deputatların kirayə pulu artırılsın”
  17 Noyabr 2021    Oxunub:898
“Bəzi millət vəkillərinin evi yoxdur, onlara verilən kirayə haqqı artırılsın".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, belə deputatlara 220 manat kirayə haqqı verilir: "Ona görə də bu vəsaitin artırılmasını təklif edirəm".

AzVision.az


Teqlər: Deputat  



Xəbər lenti