"Uşaq hüquqları barədə genişmiqyaslı işlər aparılmalıdır" - Leyla Tağıyeva

"Uşaq hüquqları barədə genişmiqyaslı işlər aparılmalıdır" -    Leyla Tağıyeva
  18 Noyabr 2021    Oxunub:2223
Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva deyib. O bildirib ki, uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları barəsində genişmiqyaslı işlərin aparılmasıdır:

"İqlim dəyişikliyi, təhsil, psixologiya, sağlamlıqdan tutmuş bir sıra məsələlərdə uşaqlar öz səslərini ucaldırlar. Mövcud pandemiya şəraitində uşaqların təhsil və səhiyyəyə çıxışları məhdudlaşıb, hüquqlarının müdafiəsində də çətinliklər yaranıb. Əlilliyi olan uşaqların keyfiyyətli təhsilə əlçatanlığının formalaşması baxımından inklüziv təhsil əhəmiyyətlidir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Uşaq   Təhsil  



Xəbər lenti