UNICEF Azərbaycanda uşaqlarla bağlı görülən işləri dəyərləndirib

 UNICEF Azərbaycanda uşaqlarla bağlı görülən işləri dəyərləndirib
  18 Noyabr 2021    Oxunub:1036
Pandemiya dövründə bəzi uşaqlar özlərini tənha, sıxılmış hiss etdi ki, bu da onların əqli sağlamlığına mənfi təsir göstərdi. Lakin Azərbaycan höküməti tərəfindən bu istiqamətdə görülən tədbirləri yüksək qiymətləndiririk. AzVision.az xəbər verir ki, bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin müavini, xanım Min Yua V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün uşaqlar 2030-ci il üçün insan kapitalını təşkil edir. Uşaqlara yatırılan sərmayə Azərbaycanın gələcəyinə yatırılan sərmayədir:

"Bütün dünyada COVID-19 infeksiyasına qarşı mübarizə davam etdirilir. UNİCEF uşaqların sağlam gələcəyini, onların müdafiəsinin həm Azəbaycanda, həm də dünyada davam etdirilməsi üçün çalışır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Pandemiya   Uşaq  



Xəbər lenti