Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb

   Uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanıb
  18 Noyabr 2021    Oxunub:655
Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır.
AzVision.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb:

"Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdilir. Sənəd hazırdır və aidiyyatı qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların hüquqlarına təhlükəsiz əlçatanlığın təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Uşaq   ailə   Sənəd  





Xəbər lenti