Şəhid Orxan Cabbarov dəfn edilib - FOTOLAR

  Şəhid Orxan Cabbarov dəfn edilib -    FOTOLAR
  18 Noyabr 2021    Oxunub:2673
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Orxan Cabbarov dəfn edilib.

AzVision.az xəbər verir ki, 1994-cü il təvəllüdlü gizir Cabbarov Orxan Hətəm oğlu Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhid Orxan Cabbarovun yaxınları ilə birlikdə Quba rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər. Mərasimdə əvvəlcə hərbi orkestrin müşayəti ilə Dövlət Himni səsləndirilib, havaya yaylım atəş açılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.

Qeyd edək ki, gizir Orxan Cabbarov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi sücaətə görə medallarla təltif olunub.

Allah rəhmət etsin!































Emin Kərimov
AzVision.az


Teqlər: Şəhid   Quba   Orxan-Cabbarov  



Xəbər lenti