Azərbaycanda daha bir jurnalist koronavirusdan öldü
AzVision.az Modern.az-a istinadən xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub.
O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.
Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.
Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib.
Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.
AzVision.az
Teqlər: