Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə İraq qəzetində

Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə İraq qəzetində
  18 Noyabr 2021    Oxunub:969
İraqın “Addustor” qəzetində professor Moataz Mohi Ədbelhəmidin “Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin strategiyası” sərlövhəli məqaləsi dərc edilib.
AzVision.az xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun torpaqlarını erməni işğalından azad etməsindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğal olunan rayonların azad edilməsi üçün mükəmməl strateji plan hazırlamışdır. Bu plana əsasən az itki verildi və müharibə cəmi 44 gün davam etdi.

Professor bildirib ki, Prezident İlham Əliyevin məqsədi aydın, hərbi hesablamaları dəqiq idi və bütün imkanlar nəzərdən keçilmişdi. Bunlar isə qələbənin əsasını təşkil etdi. Bu strateji xətt düşmənin təşkilatlanmasına və düzgün hesablama aparmasına imkan vermədi.
Bu qələbə İlham Əliyevin bacarıqlı sərkərdə olması ilə yanaşı, onun liderlik xüsusiyyətlərini bir daha ortaya qoydu. İstər xalqın, istərsə də döyüşdə iştirak edən əsgər və zabitlərin Ali Baş Komandan İlham Əliyevə dərin inamı qələbəyə aparan yolun uğurla başa çatacağını şərtləndirib.

Məqalədə vurğulanıb ki, azad olunan ərazilərdə indi geniş abadlıq və quruculuq işləri həyata keçirilir. İşğaldan azad edilən rayonlar uzun illər öz doğma torpaqlarından ayrı düşən sakinlərin geri qayıdaraq firavan həyat sürmələri üçün bərpa olunur.

AzVision.az


Teqlər: İraq  





Xəbər lenti