Putinlə Baydenin görüşdə müzakirə edəcəyi məsələlər açıqlanıb

Putinlə Baydenin görüşdə müzakirə edəcəyi məsələlər açıqlanıb
  18 Noyabr 2021    Oxunub:993
Rusiya Vladimir Putinlə ABŞ prezidenti Cozef Baydenin qarşıdakı görüşdə hansı məsələləri müzakirə edəcəkləri açıqlanıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.

O, bu ilin sonuna qədər baş tutacaq danışıqlarda bir sıra məsələlərə aydınlıq gətiriləcəyini qeyd edib.

"Ukrayna ətrafında çoxlu mübahisələr var. NATO silahlı qüvvələrinin sərhədlərimiz yaxınlığında təxribat xarakterli hərəkətləri ola bilər ki, bu da bizi biganə buraxa bilməz və narahatlığa səbəb olur”, - Kremlin sözçüsü deyib.

Peskov görüşün konkret tarixinin hələlik olmadığını qeyd edib.

AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti