Axtarışda olan 94 nəfər saxlanılıb

Axtarışda olan 94 nəfər saxlanılıb
  19 Noyabr 2021    Oxunub:662
Ötən gün Azərbaycanda törədilən 43 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 94 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


AzVision.az


Teqlər: DİN  



Xəbər lenti